“Barselona” Messiyə yeni müqavilə təklif etməyib - ŞOK!

“Barselona” Lionel Messiyə hələ yeni müqavilə təklif etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Messi klubdan müqaviləsinin uzadılması ilə bağlı rəsmi təklif almayıb.

“Barselona”nın prezidenti Xuan Laporta Messinin atası və meneceri olan Jorje Messi ilə hələ şərtlərdə razılığa gəlməyib.

Daha əvvəl Messinin “Barselona” ilə iki illik razılığa gəldiyi deyilirdi. Argentinalı futbolçunun klubla müqaviləsi iyun ayının sonuna qədərdir.

0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar